Fərhad Vəliyev “Qarabağ”da qaldı

Fərhad Vəliyev “Qarabağ”da qaldı
ÖLKƏ FUTBOLU 17 İyun 2009 / 11:34 2455
-  A +

Milli komandamızın qapıçısı Fərhad Vəliyev ən azı daha bir il legioner həyatı yaşamayacaq. Təcrübəli qolkiperin Türkiyənin “Bucaspor” klubuna keçəcəyi gözlənilsə də, Fərhad son anda “Qarabağ”da qalmağa üstünlük verib. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində Vəliyevin özü məlumat verib: “Çox götür-qoy etdim. Yekunda qərara gəldim ki, “Qarabağ”da qalım. Təbii ki, hər bir futbolçu kimi mən də legioner həyatı yaşamaq istəyirəm. Amma bildiyiniz kimi, mənimlə maraqlanan “Bucaspor” klubu birinci liqada çıxış edəcək. Özü də komanda birinci liqaya yalnız bu mövsümün yekunlarına əsasən yüksəlib. Əgər daha güclü, yüksək liqa klubu olsaydı, məmuniyyətlə gedərdim. Amma indiki halda düşünürəm ki, Türkiyənin birinci liqasında çıxış etməkdənsə, avroliqada oynayacaq komandada forma geymək daha yaxşıdır. Artıq “Qarabağ”la yeni müqaviləyə də imza atmışam. İndi bütün diqqətimi qarşıdakı Avroliqaya və yeni mövsümə yönəldəcəyəm”.          

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı