Millimizin hücumçusunun gələcək taleyi qeyri-müəyyəndir

XƏBƏR 16 İyun 2009 / 20:30 1955
-  A +

Milli komandamızın hücumçusu Leandro Qomeşin gələcək taleyi qeyri-müəyyəndir. Qol.Az-ın məlumatına görə, son mövsümü “Olimpik-Şüvəlan”da keçirən braziliyalı forvardın klubla müqaviləsi mövsümün sonunda başa çatmışdı. Bundan sonra tərəflər arasında aparılan danışıqlar müsbət nəticə vermədiyindən, Leo “təyyarəçilər”lə yollarını ayırmışdı. Qomeş gələcək karyerasına millinin oyunlarından son aydınlıq gələcəyini bildirmişdi. Lakin təcrübəli forvard hələ ki, heç bir klubla razılığa gələ bilməyib. Artıq Azərbaycanı tərk edərək, Braziliyaya yollanan Qomeşin karyerasını vətənində davam etdirməsi də mümkündür.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord