"Bakı" daha bir kuboka sahib çıxdı

"Bakı" daha bir kuboka sahib çıxdı
XƏBƏR 16 İyun 2009 / 18:40 2111
-  A +

Heydər Əliyevin xatirəsinə həsr olunmuş və üçüncü dəfə təşkil olunan “Prezident Kuboku” başa çatdı. Turnirin qalibi adını "Bakı" qazanıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, finalda "zolaqlılar"ın 15 yaşlılardan ibarət komandası Rusiyanın “Tobol” klubunu 3:1 hesabı ilə məğlub edib. Yarımfinalda “Bakı”  və  “Tobol” komandaları müvafiq olaraq “Real Bakı” və “İnter” klubları üzərində qələbə qazanıblar. Turnirin bürünc mükafatçısı adını isə "İnter"i məğlub edən “Real Bakı” kollektivi qazanıb.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı