İtaliyalı məşqçi "Neftçi"yə gəlməyə razılıq verdi

İtaliyalı məşqçi "Neftçi"yə gəlməyə razılıq verdi
ÖLKƏ FUTBOLU 16 İyun 2009 / 16:54 2409
-  A +

“Neftçi”nin danışıq apardığı italiyalı fiziki hazırlıq üzrə məşqçi ölkəmizdə çalışmağa razılıq verib. Bu haqda Qol.Az-a "Neftçi"nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, artıq Covanni Melkiole ilə müqavilənin bütün şərtləri razılaşdırılıb, tərəflər ortaq məxrəcə gəliblər. Yalnız Melkiolenin rəsmi müqaviləyə imza atması qalıb. "Neftçi" iyunun 30-də yeni mövsümün hazırlığına başlayarkən, Covanni Melkiole də Bakıda olacaq.
Xatırladaq ki, italiyalı mütəxəssis Buxarestin “Dinamo”, Türkiyənin “Bursaspor” və “Qalatasaray” klublarında işləyib.
 

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord