“İnter” bu gün Txadadzenin rəhbərliyi altında ilk oyuna çıxacaq

“İnter” bu gün Txadadzenin rəhbərliyi altında ilk oyuna çıxacaq
XƏBƏR 16 İyun 2009 / 15:32 1891
-  A +

Avroliqaya və yeni mövsümə hazırlığı Türkiyənin Sparta şəhərində davam etdirən “İnter” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Qol.Az-ın məlumatına görə, “bankirlər” Türkiyənin ikinci liqa təmsilçisi “Tekirova Bələdiyyəsi” ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla saat 19:00-da başlanacaq. Matç “İnter”in məskunlaşdığı “Suonsi” otelinin meydançasında baş tutacaq.


Son xəbərlər