“Qarabağ” yeni mövsümün hazırlıqlarına itkilərlə başladı

“Qarabağ” yeni mövsümün hazırlıqlarına itkilərlə başladı
XƏBƏR 16 İyun 2009 / 14:13 1916
-  A +

Son ölkə kubokunun qalibi “Qarabağ” dünəndən etibarən yeni mövsümün məşqlərinə başlayıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, saat 10:30-da komanda Suraxanı qəsəbə stadionunda ilk məşqinə çıxıb. Təxminən saat yarım davam edən çalışmada komandanın baş məşqçisi Qurban Qurbanov futbolçuları elə də “yükləməyib”. Əsas futbolçularla yanaşı əvəzedici heyətdən bir neçə futbolçu da  məşqdə iştirak edib. Eyni zamanda millinin düşərgəsində olması səbəbindən istirahətə gec yollanan Vaqif Cavadov, Rauf  Əliyev və yeni transfer Vüqar Nadirova Qurbanov 1 neçə gün istirahət etməyə imkan yaradıb. Bu gün isə 2 məşq planlaşdırılıb. Səhər məşqi 10:30-da baş tutub. Yenidən Suraxanı qəsəbə stadionuna yolllanan komanda üzvləri getdikcə məşqlərini intensivləşdirir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord