Vladimir Makovski Sloveniyada çıxış edə bilər

XƏBƏR 6 Dekabr 2008 / 13:47 3106
-  A +

Bakının «İnter» klubunun sabiq forvardı Vladimir Makovski karyerasını Sloveniyada davam etdirə bilər. Qol.Az-ın Belarus mətbuatına istinadən verdiyi xəbərə görə, bir vaxtlar Kiyev «Dinamo»sunun da şərəfini qorumuş futbolçu «Naftan» komandasından ayrılmaq niyyətindədir. Artıq Sloveniyaya yola düşən Belarus yığmasının sabiq üzvü bu ölkənin güclülər dəstəsi klublarının birində baxışdan keçəcək.  Xatırladaq ki, Vladimirlə yanaşı, onun qardaşı Mixail Makovski də  Anatoli Konkovun rəhbərliyi altında «İnter»in şərəfini qoruyab.


Son xəbərlər