Rövnəq Abdullayev: “Tələbələrin futbola marağını artırmağa çalışırıq”

Rövnəq Abdullayev: “Tələbələrin futbola marağını artırmağa çalışırıq”
XƏBƏR 16 İyun 2009 / 12:35 2027
-  A +

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ali məktəb tələbələri arasında futbol üzrə II Respublika çempionatının final oyunundan sonra AFFA prezidenti Rövnəq Abdullayev fikirlərini bildirib: «Artıq ikinci ildir ki, tələbələr arasında respublika çempionatı keçirilir. Biz bu çempionatın ənənəvi olması və daha yüksək səviyyədə keçirilməsi, tələbələrin futbola marağının artırılması üçün tələbə liqasının yaradılması barədə qərar qəbul etmişik».


Son xəbərlər