İtaliya adına və tituluna layiq başladı

İtaliya adına və tituluna layiq başladı
DÜNYA FUTBOLU 16 İyun 2009 / 11:34 2489
-  A +

CAR-da keçirilən Konfederasiya Kubokunda dünən keçirilən oyunlarla qrup mərhələsində ilk tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, dünən günün ilk matçında beşqat dünya çempionu Braziliya çətinliklə də olsa, Afrikanın ən güclü komandası olan Misirə qalib gəlib - 4:3.
Günün ikinci, ümumilikdə isə ilk turun son matçında dünya çempionu İtaliya ABŞ-ı sınağa çəkib. İlk hissədən sonra hesabda geri olmasına baxmayaraq, fasilədən sonra “Skuadra Adzurra” adına və tituluna layiq oyun nümayiş etdirərək, 3:1 hesablı qələbə qazanıb. Bu qələbədə baş məşqçi Marçello Lippinin etdiyi dəyişikliyin də böyük rolu olub. Matçın ikinci hissəsində meydana daxil olan De Rossi həll edib.

A qrupu
CAR - İraq                               0:0   
İspaniya - Yeni Zeylandiya  5:0

B qrupu
Braziliya - Misir     4:3
ABŞ - İtaliya          1:3 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı