ADBTIA-nın komandası çempion oldu

ADBTIA-nın komandası çempion oldu
XƏBƏR 16 İyun 2009 / 11:16 2860
-  A +

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ali məktəb tələbələri arasında futbol üzrə II Respublika çempionatına yekun vurulub. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, dünən «Şəfa» stadionunda  final oyunu keçirilib.
III yer uğrunda keçirilən oyunda Azərbaycan Beynəlxalq Universiteti komandası Azərbaycan Dövlət Neft Akademiyasının komandasına 5:2 hesabı ilə qalib gələrək III yerə çıxdı. 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri isə final oyununda Azərbaycan Texniki Universitetinin komandasını 1:0 hesabı ilə məğlub edərək çempion adını qazandılar.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ali məktəb tələbələri arasında futbol üzrə II Respublika çempionatının baş sponsoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən qaliblər üçün aşağıdakı məbləğdə pul mükafatı təsis edilmişdi:

I yer – 20000 manat
II yer – 15000 manat
III yer – 10000 manat

AFFA-nın prezidenti Rövnəq Abdullayev qaliblərə mükafat təqdim edərək onlara  daha böyük uğurlar arzuladı.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq