Vidadi Rzayev: “Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”i gözüyumulu bu vəziyyətdən çıxarar”

XƏBƏR 15 İyun 2009 / 20:34 2219
-  A +

"Xəzər-Lənkəran” azarkeşlərinin Ağasəlim Mircavadovun yenidən bu komandaya qayıtmasına yönəlik çağrışlarına mən də qatılıram. Ağasəlim müəllim çox təcrübəli və güclü mütəxəssisidir”. Bu sözləri Qol.Az-a veteran futbolçu Vidadi Rzayev Ağasəlim Mircavadovun “Xəzər-Lənkəran”a mümkün qayıdışına münasibət bildirərkən deyib. V.Rzayev A.Mircavadovun Lənkəran klubuna yenidən uğur qazandıracağına inanır: “Əgər Mircavadov yenidən “Xəzər-Lənkəran”a qayıdarsa, o komandanı gözüyumulu hazırkı vəziyyətdən çıxarar. Çünki o işinin ustasıdır və nə etmək olduğunu yaxşı bilir. Xatirinizdədirsə, bir ara “Neftçi” də yaxşı vəziyyətdə deyildi. Məhz Mircavadovun gəlişindən sonar komanda ardıcıl olaraq Azərbaycan çempionluğunu qazandı və “Birlik kuboku”nu ölkəmizə gətirdi”.


Son xəbərlər