"Mircavadov Lənkərana getsə, yenə güclü komanda yarada biləcək”

"Mircavadov Lənkərana getsə, yenə güclü komanda yarada biləcək”
XƏBƏR 15 İyun 2009 / 18:39 2171
-  A +

Son vaxtlar adı “Xəzər-Lənkəran”ın baş məşqçi postu ətrafında hallanan Ağasəlim Mircavadovun Lənkərana gedişini bütün yerli fanatlar arzulayır və istəyir. Lənkəranlıların fikrincə, komandanı hazırkı vəziyyətdən yalnız Mircavadov çıxara bilər. Bir vaxtlar məhz “Xəzər-Lənkəran”da təcrübəli mütəxəssisin rəhbərliyi altında oynamış Elmar Baxşıyev də Qol.Az-a açıqlamasında məşqçisinin sabiq klubuna faydalı olacağını düşünür: “Ağasəlim Mircavadovun reklama ehtiyacı yoxdur. Mən onun rəhbərliyi altında oynamışam və deyərdim ki, futbol oynamaqdan həzz almışam. Həmin vaxtı “Xəzər-Lənkəran”ın qazandığı uğurları hamı gördü. Mircavadov daim baxımlı, hücum futboluna üstünlük verib. Buna görə yerli azarkeşlər onu çox sevirdilər və yenidən komandanın başında görmək istəyirlər. Təbii, “Xəzər-Lənkəran”ın öz rəhbərliyi var və baş məşqçini də onlar seçirlər. Amma mənim subyektiv fikrimdir ki, Mircavadov Lənkərana getsə, yenə güclü komanda yarada biləcək”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord