“Qəbələ”nin məşqçiləri sabah Pribaltikaya yola düşürlər

XƏBƏR 15 İyun 2009 / 17:58 1761
-  A +

Bir müddət öncə Ukraynada oyunçu axtarışında olan “Qəbələ”nin məşqçilər heyəti bu dəfə Pribaltikaya üz tutacaqlar. Baş məşqçi Ramiz Məmmədovun köməkçisi Vidadi Rzayev səfər haqda Qol.Az-a bunları söylədi: “Sabah saat 16:10 radələrində Pribaltikaya yola düşəcəyik. Bildiyiniz kimi, Ukraynada hazırda aşağı divizionda çempionat getdiyindən, ancaq həmin divizonda oynayan futbolçuların oyunu izləmək şansımız oldu. Pribaltikada isə güclülər dəstəsinin oyunları davam etdiyindən burada yarışan komandaların qarşılaşmalarına baxıb bizə lazım olan mövqeylərə futbolçu seçəcəyik. Əvvəlcə Latviyada olacağıq. Oradan isə Litvaya yola düşəcəyik. Bu iki ölkənin arasında 2 saatlıq məsafə var. Ümumilikdə, Riqa və Vilnyusda 4-5 oyunu canlı izləyəcəyik”.


 


Son xəbərlər