Çudomir Çakarov: “Haciyevski özünü sübut etmiş məşqçidir”

Çudomir Çakarov: “Haciyevski özünü sübut etmiş məşqçidir”
XƏBƏR 15 İyun 2009 / 15:41 2437
-  A +

2 illik fasilədən sonra yenidən “Bakı”ya qayıdan Çudomir Çakarovun paytaxt klubunda fiziki hazırlıq üzrə məşqçi işləyəcəyi Boqlarıstan mətbuatının da diqqətindən qaçmayıb. Qol.Az-ın məlumatına görə, Gol.Bg saytı makedoniyalı mütəxəssisin hətta “Bakı” ilə 2 illik razılığa gəldiyini yazıb. Bolqarlar eyni zamanda, Çudomirin bir vaxtlar Haciyevski ilə birlikdə “Bakı”da və Azərbaycan millisində birlikdə işlədiklərini də qeyd ediblər. Bu arada, Çakarov verdiyi açıqlamasında Haciyevski haqqında fikirlərini bölüşüb: “Haciyevski özünü sübut etmiş məşqçidir. Elə “Bakı”nın son Azərbaycan çempionluğunu qazanmasını buna bariz nümunə kimi göstərmək olar. Yenidən onunla işləyəcəyimə görə, çox mənmunluq hissi keçirirəm. Tezliklə Azərbaycana yola düşüb iş başına keçəcəm”.

 


 


Son xəbərlər