“İnter” sabah ilk yoxlama oyununu keçirəcək

“İnter” sabah ilk yoxlama oyununu keçirəcək
XƏBƏR 15 İyun 2009 / 15:27 1893
-  A +

Artıq bir neçə gündür Türkiyənin “Sparta” şəhərində təlim-məşq toplanışında olan “İnter” hazırlığını plana uyğun şəkildə davam etdirir. Milli komandamızın oyunlarına görə, klub rəhbərliyindən icazə alan Vladimir Levin də bu gün “bankirlər”in düşərgəsinə qoşulacaq. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində “İnter”in baş menecerinin köməkçisi Kamran İsmayılov məlumat verib: “Komandamız hazırlığını qrafikə uyğun şəkildə davam etdirir. Hər gün iki dəfə məşq keçirik. Artıq milli üzvü Vladimir Levin də bu gün komandaya qoşulacaq. Yəqin ki, Samir Abbasov da sabah burada olacaq. Samirin bilet məsələsi bir qədər yubandığından, o sabah komandaya qoşulacaq. Sabah ilk yoxlama oyunumuzu keçirəcəyik. Bildiyiniz kimi, ilk rəqibimiz Türkiyənin ikinci liqa təmsilçisi “Tekirova Bələdiyyəsi”di. Matç qaldığımız “Suonsi” otelinin meydançasında keçiriləcək və yerli vaxtla saat 17:00-da başlanacaq, Digər iki rəqib axtarışımız hələ davam edir”.
Klub rəsmisi sonda onu da əlavə etdi ki, komandanın düşərgəsinə hələ baxışa yeni futbolçu dəvət olunmayıb.   

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı