Roman Qriqorçuk: "Bakı «İnter»i çox güclü komandadır»

Roman Qriqorçuk: "Bakı «İnter»i çox güclü komandadır»
ÖLKƏ FUTBOLU 6 Dekabr 2008 / 12:25 4182
-  A +

«Birlik kuboku» yarışında Azərbaycan çempionu «İnter»in rəqibi olan Latviyanın "Ventspils" komandasının baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına müsahibə verib. Xatırladaq ki, D qrupunda "Ventspils» və «İnter»lə yanaşı Qırğızıstanın «Dordoy-Dinamo» və Finlandiyanın «İnter» klubları da mübarizə aparacaq.
Qol.Az saytı Roman Qriqorçukun müsahibəsini təqdim edir.

- Püşkatma barədə ilkin təəssüratım normaldır. Bizim üçün «Birlik kuboku» mövsümə hazırlaşmaq üçün ənənə halını alıb. Biz turnirin başlanmasını səbirsizliklə gözləyirik. Bu yarış rəngarəngdir və müəyyən maraq doğurur. Moskvaya müxtəlif güclü komandalar yığışır və bu, yarışa maraq və intriqa qatır.
- "Dordoy-Dinamo" sizin üçün köhnə rəqibdir.
 - Hə, "Ventspils" Qırğızıstan çempionu ilə hələ Sankt-Peterburqdakı turnirdə də qarşılaşmış və 1:0 hesabı ilə qələbə qazanmışdı. Qeyd edim ki, o zaman yaxşı təəssürat oyatmışdı. Əminəm ki, növbəti oyun da "Ventspils" üçün asan keçməyəcək.
- Sizin «İnter» adında daha iki rəqibiniz də var.
- Bu komandalarla qarşılaşmaq bizə maraqlıdır. Finlandiya klubu haqda demək olar ki, heç nə bilmirik, bu komanda barədə informasiya toplayacağıq. Azərbaycan «İnter»inə gəlincə, bu, çox güclü komandadır. Azərbaycan futbolu yüksəlişdədir, ölkəyə yetərincə təcrübəsi olan futbolçular və mütəxəssislər dəvət olunur, inkişaf və səviyyənin artdığı görünür. Turnir cədvəlində yüksək yerlərdə duran komandaların səviyyəsi yüksəkdir, «İnter» də bura aiddir. Bütün bunlar hörmətlə deməyə əsas verir ki, «İnter»lə matç çətin və gərgin keçəcək.
- "Ventspils" ənənəvi olaraq turnirdə birinci olmağı hədəf götürüb?
- Əgər biz meydana daxil oluruqsa, həmişə qələbə haqda düşünürük. Növbəti «Birlik kuboku»nun neçə keçəcəyini indidən müəyyənləşdirmək çətindir. Amma bizim birinci məqsədimiz qrup səddini keçməkdir.

 

Daha çox


Son xəbərlər