Branimir Subaşiç “Bakı”ya keçir

Branimir Subaşiç “Bakı”ya keçir
ÖLKƏ FUTBOLU 15 İyun 2009 / 14:04 2352
-  A +

Son  mövsüm premyer-liqanın qalibi olan “Bakı” mövsümlərarası fasilədə ilk ciddi transferini reallaşdıra bilər. Qol.Az-ın əldə etdiyi məlumata görə, “zolaqlılar” milli komandamızın hücumçusu Branimir Subaşiçi transfer etməyə yaxındır. Karyerasını hazırda Çində davam etdirən Subaşiç bir neçə dəfə Asiyada özünü rahat hiss etmədiyini və tezliklə klubunu dəyişə biləcəyini istisna etməyib. Buna görə də Subaşiçin “Bakı”ya transferi real görünür. Həm də Branimirin “Bakı”nın baş məşqçisi Coko Haciyevski ilə münasibətləri yaxşıdır. Hər ikisi qonşu dövlətdəndərilər və uzun müddətdir bir-birilərini yaxından tanıyırlar. Üstəlik Subaşiç Haciyevskinin rəhbərliyi altında milli komandamızda da çıxış edib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın