“Simurq” iki aparıcı futbolçu ilə yollarını ayırdı

XƏBƏR 15 İyun 2009 / 13:50 1999
-  A +

Dünən "Simurq"un məşqçi heyəti və rəhbərliyi çətin qərar qəbul edib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, klub rəhbərliyi bugünlərdə müqaviləsi başa çatan müdafiəçi Mixaylo Starostyak və qapıçı Andrey Nikitinlə anlaşmanın müddətini uzatmamaq qərarına gəlib. Qolkiperin komandadan getməsi əvvəlcədən gözlənilirdisə, kapitanla yolların ayrılması bütün məsələlər götür-qoy edildikdən sonra qərara alınıb. 1973-cü il təvəllüdlü Mixaylo Starostyak "Simurq"a 2007-ci ilin yanvarında gəlib və 2 il yarım ərzində 65 rəsmi oyuna çıxıb ki, bu göstəriciyə görə klubun rekordçusudur. Ötən ilin əvvəlindən isə o, komandada kapitan sarğısını daşıyıb və "Simurq"un heyətində premyer-liqada 50 oyun keçirən ilk futbolçu olub.
1972-ci ildə anadan olan Andrey Nikitin də zəngin karyerasının son ilyarımını Zaqatalada keçirib və bu müddətdə 12 dəfə "Simurq"un qapısını qoruyub.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq