Bu gün Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun I köməkçisi təyin olunan Vaqıf Sadıqov Qol.Az-a eksklüziv müsahibə verib.
- Vaqif müəllim, öncə yeni vəzifəyə təyin olunmağınız münasibəti ilə sizi təbrik edirik.
- Çox sağ olun, minnətdaram.
- Təklif kim tərəfindən oldu? Necə oldu ki, bu posta təyin olundunuz?
- Təklif təbii ki, AFFA rəhbərliyi tərəfindən oldu. Daha doğrusu, 2 həftəyə yaxın idi danışıqlarımız gedirdi. Yalnız bu gün tam razılıq əldə olundu və Azərbaycan millisində Foqtsun köməkçisi kimi fəaliyyətim təsdiqləndi. Nə deyə bilərəm? Çox şadam və minnətdaram ki, mənə bu cür məsuliyyətli vəzifə tapşırdılar və mən də əlimdən gələni edəcəm ki, milli komandamız, ümumiyyətlə Azərbaycan futbolunun inkişafı üçün öz bilik və bacarığımı əsirgəməyim. Necə deyərlər, futbolumuzun inkişafı naminə bunu etmək mənim borcumdur.
- İlk konkret təklifi kimdən aldınız, AFFA prezidenti Rövnəq Abdullayevdən, yoxsa, baş katib Elxan Məmmədovdan?
- Təbii ki, təklif Rövnəq müəllimin adından mənə olundu və əsas danışıqlar da onun adından aparılırdı. Amma müzakirələrimizi şəxsən baş katib Elxan Məmmədovla aparırdıq.
- Neçə illik müqavilə bağladınız?
- 1 illik.
- Görəcəyiniz əsas iş nədən ibarət olacaq?
- Öncə qeyd edim ki, mən Foqtsun I köməkçisi təyin olundum. Görəcəyim işlər isə geniş sahəni əhatə edəcək. Yəni, həm bütün texniki işlərə nəzarət edəcəm, həm də, milli komandaya yeni oyunçu seçimi ilə məşğul olacam. Həm daxili çempionatı izləyəcəm, həm də ölkə xaricində oynayan həmyerlilərimizin hazırlığı haqqında baş məşqçini məlumatlandıracam. Eyni zamanda yeni namizədlərin üzə çıxması da, görəcəyim əsas işlərdən biri olacaq. Belə deyək, bütün bunlar millinin sabiq baş məşqçisi kimi heç də mənə yad deyil.
- Maraqlıdır, Foqtsun köməkçisi kimi ilk işiniz hansı olacaq?
- İlk öncə Fostqla əlaqə saxlayacam və onunla söhbətimiz olacaq. İşə gəlincə, dediyim kimi, fəaliyyət dairəm geniş olacaq. Hazırda əsas diqqətimiz Almaniya ilə avqusta keçirəcəyimiz növbəti seçmə mərhələ oyununun hazırlığına yönəlib. Yuxarıda qeyd etdiyim kimi, milli komandaya layiqli futbolçuların seçiminə başlayacam. Mən bunu həmişə demişəm ki, Azərbaycan çempionatında oynayan hər kəs, milli komandaya potensial namizəddir. Onların hamısı haqqında ətraflı məlumat toplayıb, hazırlıq durumları haqqında baş məşqçiyə məlumat verəcəm.
- Artıq belə futbolçular var?
- Yox, bu dəqiqə deməzdim ki, elə futbolçular var və Foqts gələn kimi, tez həmin futbolçuların adlarını ona deyəcəm. Təkrar edirəm, bu gün milli çempionatımızda və ondan kənarda oynayan azərbaycanlı futbolçuların hamısı milli komandaya potensial namizədlərdir.
- Dediniz ki, bu gün rəsmi müqavilə bağladınız. Foqtsun bundan xəbəri var?
- Əlbəttə ki, var. Çünki mənim bu vəzifəyə təyin olunmağım üçün ilk növbədə Foqtsun razılığı alınıb. Mənim haqqımda ona məlumat verilib və almaniyalı mütəxəssis də öz razılığını bildirib.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video