Əhməd Dursun «Xəzər-Lənkəran»dan gedə bilər

Əhməd Dursun «Xəzər-Lənkəran»dan gedə bilər
ÖLKƏ FUTBOLU 14 İyun 2009 / 16:06 2823
-  A +

Türkiyəli hücumçu Əhməd Dursun «Xəzər-Lənkəran»ı tərk edə bilər. Qol.Az-ın məlumatına görə, bu haqda məlumatı Türkiyənin «Fotomaç» qəzeti yayıb. Qəzet Əhmədin «Eskişehirspor» klubuna keçə biləcəyini yazıb. Futbolçu özü də bu transferin baş tutmasında maraqlı olduğunu söyləyib. Əhmədin «Eskişehirspor»a ismarıc göndərdiyi və bu komandada oynamağın onun da urəyincə olacağını soylədiyi bildirilir.
Klubun baş məşqçisi Rza Çalımbay Əhmədin komandaya xeyir verə biləcəyini deyib.
Qeyd edək ki, «Eskişehirspor»da Batuhan Karadeniz və Süleyman Yula kimi məşhur hucumçular da var. Amma Batuhan klubda icarə əsasında oynadığından «Beşiktaş»a qayıda bilər.
Xatırladaq ki, Əhməd Dursunun «Xəzər-Lənkəran»la müqaviləsi bu mövsümün sonunda bitsə də, klub rəhbərliyi onunla müqaviləni uzacağını bildirmişdi.

Daha çox


Son xəbərlər