Rəşad Sadıqov: "Mən hər yerdə oynamağı bacararam!"

XƏBƏR 6 Dekabr 2008 / 00:29 3189
-  A +

Son günlər Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun İspaniyanın "Valyadolid" klubuna keçidi ilə bağlı söhbət səngimək bilmir. Hətta futbolçuya menecerlik edən Kamil Məmmədov bu yöndə bütün fəallığını artırıb. Qol.Az-ın məlumatına görə hər şeyi menecerlərin öhdəsinə buraxan Rəşad Sadıqov yalnız futbol oynamaq istədiyini və Azərbaycan futboluna xidmət etmək fikrində olduğunu bildirib. Sadıqov həmişə "Neftçi"yə bağlı olduğunu qeyd etməklə yanaşı ölkə xaricində legioner həyatı yaşamağın çox böyük üstünlük olduğunu qeyd edib. "Hər yerdə oynamağı bacararam. Mənə şans vermək lazımdır !!!" 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı