“İnter” Txadadzenin rəhbərliyi altında ilk dəfə məşqə çıxdı

“İnter” Txadadzenin rəhbərliyi altında ilk dəfə məşqə çıxdı
XƏBƏR 13 İyun 2009 / 16:45 1902
-  A +

Dünən təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Sparta şəhərinə yollanan “İnter” artıq bu gündən etibarən hazırlıqlara başlayıb. Bu haqda Qol.Az-a “İnter”in baş menecerinin köməkçisi Kamran İsmayılov məlumat verib. K.İsmayılov bildirib ki, artıq həm bütün legionerlər, həm də yeni baş məşqçi Kaxaber Txadadze komandanın düşərgəsinə qoşulublar: “Nəzərdə tutulduğu kimi, dünən komandamızın bütün legionerləri düşərgəyə gəldilər. Eləcə də baş məşqçimiz. Bu gün səhər yerli vaxtla saat 11:00-da komandamız Txadadzenin rəhbərliyi altında ilk məşqə çıxdı. Axşam saat 5-də də məşqimiz olacaq. Hazırlıq proqramı belədir ki, yoxlama oyunları olmayan günlər iki dəfə məşq edəcəyik - saat 11-də və 5-də”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı