“Əcnəbi futbolçular Azərbaycana pul qazanmaq üçün gəlirlər”

“Əcnəbi futbolçular Azərbaycana pul qazanmaq üçün gəlirlər”
XƏBƏR 13 İyun 2009 / 16:19 2028
-  A +

“Komandaların heyətlərində 2-3 legioner olmalıdır, vəssəlam. Əcnəbi futbolçular Azərbaycana pul qazanmaq üçün gəlirlər. Amma futbol oynamaq da lazımdır”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin son mövsümdəki uğursuz çıxışı barədə keçirilən dəyirmi masada jurnalistlərin və azarkeşlərin suallarını cavablandırarkən, komandanın məşqçisi Səmədağa Şıxlarov deyib.

Veteran futbolçu bildirib ki, komanda növbəti mövsümə çox ciddi hazırlaşır: “İyunun 15-dən 30-a kimi yeni gələn futbolçulara baxış keçiriləcək. Çalışacağıq ki, komandaya yalnız güclü futbolçuları cəlb edəcək. Azərbaycan futbolunu xaricdə “Neftçi”yə görə tanıyırlar və biz də “Neftçi”yə keçmiş günlərini qaytarmaq istəyirik. Ötən mövsüm uğursuz çıxış etdik. Bunda bəzi aparıcı futbolçuların komandadan getməsinin də rolu oldu. Bununla belə, inanıram ki, növbəti mövsümdə daha yaxşı çıxış edərək, azarkeşlərimizi sevindirəcəyik”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı