Ramin Nəsibov “Olimpik-Şüvəlan”a keçdi

XƏBƏR 13 İyun 2009 / 15:14 2110
-  A +

Heyətinin bəzi aparıcı üzvlərini itirən “Olimpik” eyni zamanda yeni transferlər də gerçəkləşdirir. Cahangir Həsənzadə, Tərlan Xəlilov, Vasif Haqverdiyev, Viktor İbekoyinin ardında bu günlərdə “Olimpik” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Söhbət son mövsümdə “Simurq”da çıxış edən Ramin Nəsibovdan gedir. Bu haqda Qol.Az-a futbolçunun özü məlumat verib. Raminin sözlərinə görə, yeni sözləşmə qarşıdakı 1 il üçün nəzərdə tutulub.  


Son xəbərlər