“Simurq”da baxışda olan futbolçuların taleyinə ayın 15-də aydınlıq gələcək

XƏBƏR 13 İyun 2009 / 13:39 1854
-  A +

Dünən Gürcüstanda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunu keçirən və “Sioni”yə 1:0 hesabı ilə qalib gələn “Simurq” bu gündən etibarən yenidən məşqlərini davam etdirir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, son 10 günü Azərbaycan millisinin düşərgəsində keçirən Tural Cəlilovla Rauf Mehdiyev dünən Gürcüstana yola düşərək, "Simurq"un düşərgəsinə qoşulublar. Bir müddət əvvəl transfer olunan qolkiper Mehdiyev komanda ilə ilk məşqinə bu gün çıxacaq. “Simurq” artıq bu gündən əvvəlki qrafiklə məşqlərini davam etdirəcək. Növbəti yoxlama görüşü iyunun 15-ə planlaşdırılıb.

Komandanın heyətində baxışda olan 9 futbolçunun taleyinə isə iyunun 15-də aydınlıq gələcək. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində “Simurq”un mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli məlumat verib: “Komandamızın heyətində 10 yaxın futbolçu hazırda baxışdadır. Kimlərin komandada qalacağına, kimlərinsə gedəcəyinə iyunun 15-də keçirəcəyimiz yoxlama oyunundan sonra aydınlıq gələcək. Bildiyiniz kimi, vaxtımız çox azdır. İyunun 22-dək bütün lazımı sənədləri, o cümlədən də iştirak ərizəsini UEFA-ya göndərməliyik. Artıq ayın 17-dən etibarən iştirak ərizəsini hazırlamağa başlayacağıq. Buna görə də iştirak ərizəsinə yeni futbolçulardan kimlərin adlarının daxil ediləcəyi həmin tarixə qədər müəyyənləşəcək. Bir sözlə, bütün suallara iyunun 15-dəki yoxlama oyunundan sonra aydınlıq gələcək”.     

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı