Diniyevin növbəti qələbəsi

Diniyevin növbəti qələbəsi
XƏBƏR 13 İyun 2009 / 12:23 1835
-  A +

Milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyevin çalışdırdığı “Terek”in əvəzedicilərdən ibarət komandası Rusiya çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Qroznı təmsilçisi öz meydanında “Krılya Sovetov”u qəbul edib. Matç “Terek”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu oyunun sonuna əlavə olunmuş dəqiqələrdə Soltayev vurub. Samara klubuna qarşı keçirilən matçda 17 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü, Şahin Diniyevin oğlu Kərim forma geyməyib. Ümumiyyətlə, onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Bu qələbədən sonra xallarının sayını 17-ə çatdıran “Terek” turnir cədvəlində səkkizinci pilləyə yüksəlib. 


Son xəbərlər