Sinan Engin vitse-prezident oldu

XƏBƏR 5 Dekabr 2008 / 19:12 3404
-  A +

«Bakı» klubu ilə əməkdaşlıq edən «Beşiktaş»ın sabiq meneceri Sinan Engin Türkiyə çempionatının 1-ci dəstəsində mübarizə aparan «Giresunspor» klubunun vitse-prezidenti təyin edilib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yeni seçilmiş prezident Olqun Aydın Peker Enginlə çalışmaq istəyib. Menecer kimi də məhşurlaşmış Enginin «Bakı» klubuna yeni futbolçular gətirməsi gözlənilir. Xatırladaq ki, eks «Beşiktaş»lı oktyabrın 26-da paytaxt klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə paytaxtımıza gələrək, «Bakı» - «Xəzər-Lənkəran» oyununu (0:0) izləmişdi.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord