Millimizə qol vuran hücumçu nəyi ağılsızlıq hesab edir?

Millimizə qol vuran hücumçu nəyi ağılsızlıq hesab edir?
DÜNYA FUTBOLU 12 İyun 2009 / 17:49 2676
-  A +

İspaniya milli komandasının və Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Daniel Quiza bildirib ki, “Real”ın Kriştianu Ronaldoya transfer etmək üçün təklif etdiyi məbləği eşidərkən çox təəccüblənib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Quiza bu haqda deyib: “Bir futbolçuya görə bu qədər pul xərclənməsini ağılsızlıq hesab edirəm. Rəqəm həddindən artıq çoxdur. Amma biz Florentino Peresi də yaxşı tanıyırıq. O istədiyinə nail olmaq üçün böyük məbləğdən keçməyə hazırdır”.
Xatırladaq ki, 3 gün əvvəl İspaniya milli komandasının heyətində Bakıda olan Quiza milli komandamızın qapısına yol tapmağı bacarmışdı.


Son xəbərlər