Vüqar Nadirovun "Qarabağ"a keçidi rəsmiləşdi

Vüqar Nadirovun "Qarabağ"a keçidi rəsmiləşdi
ÖLKƏ FUTBOLU 12 İyun 2009 / 17:03 2464
-  A +

Milli komandamızın hüçumçusu Vüqar Nadirov karyerasını "Qarabağ"da davamn etdirəcək. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu gün Nadirov köhnə-yeni klubu ilə 2 illik müqavilə imzalayıb. 4 illik aradan sonra Ağdam klubuna qayıdan Nadirov ffikirlərini belə ifadə edib: "Təbii ki, "Qarabağ"ın yetirməsi olduğumdan doğma komandaya qayıtmışam. 21 yaşım olsa da, yetərincə klubda forma geyinmişəm. "Qarabağ"ı indi sadəcə legioner olmaq üçün tərk edə bilərəm. Amma indi tək hədəfim "Qarabağ"a çempionluq qazandırmağa yardımçı olmaqdır. Bizim əla kollektivimiz var. Gənclərdən ibarət perspektivli futbolçularımız var. Yerli futbolçuların çoxluğu "Qarabağ"ın gələcəynini olmasını göstərir. Rəqabətdən qorxmuram. Vaqiflə millidə birlikdə çıxış edirəm. Zənnimcə, klubda birlikdə oynamağımız faydalı olacaq".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı