“Olimpik-Şüvəlan”ın stadionunun tikintisi davam edir (FOTO)

“Olimpik-Şüvəlan”ın stadionunun tikintisi davam edir (FOTO)
XƏBƏR 12 İyun 2009 / 15:18 2427
-  A +

“Olimpik-Şüvəlan” klubu üçün Şüvəlan qəsəbəsində stadionunun və təlim məşq bazasının tikintisinə artıq başlanılıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, plana əsasən birinci olaraq stadionun istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edək ki, iki tribunası olacaq stadion 3000 tamaşaçı tutumuna malikdir. Ot örtüyü isə təbiidir. Burada işıqlandırmanın səviyyəsi meydançanın bütün sahəsinə bərabər paylanmaqla 1400 lüks olacaq. Stadionda müasir tələblərə cavab verən paltardəyişmə otaqları, duşxanalar, dopinq nəzarət otağı, hakimlər otağı, anbar, həkim otağı, iclas zalı da futbolçuların istifadəsinə veriləcək. Əsas tribunada VİP loja, mətbuat nümayəndələri üçün xüsusi yerlər, diktor kabinəsi, iri və kiçik həcmli telekameralar üçün xüsusi yerlər, əlillər üçün oturacaqlar, sanitar qovşaqlar nəzərdə tutulub. Bundan başqa, idman qurgusu ən müasir dəbdə olan səsucaldıcılara, internet şəbəkəsi üçün ötürücülərə və böyük tabloya malik olacaq.
İdman bazası isə eyni zamanda 40 nəfəri qəbul edəcək oteldən, təlim-məşq komleksindən (ustüörtülü məşq zalı, trenajor zalı və hovuz) və inzibati binadan ibarət olacaq.
Stadionun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.


Son xəbərlər