Ağasəlim Mircavadov Yunis Məmmədovun ittihamlarına cavab verdi: "Belə insanlar hardan gəlir futbola, bilmirəm"

Ağasəlim Mircavadov Yunis Məmmədovun ittihamlarına cavab verdi: "Belə insanlar hardan gəlir futbola, bilmirəm"
XƏBƏR 12 İyun 2009 / 14:18 2444
-  A +

“Mahmud hazırda Azərbaycandadır. Abramidze burda olmasa da, o vaxt “Nefçi”də vitse-prezident işləyən Ramin Musayev ki buradadır. Zəng vurub, özlərindən soruşun görün, Ağasəlim Mircavadov işlədiyi dövrdə futbolçuların transfer qiymətlərinə qarışırdı, ya yox?”. Bu sözləri Qol.Az-a “Neftçi”nin və “Xəzər-Lənkəran”ın təcrübəli sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. O, futbol meneceri, Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlunun atası Yunis Məmmədovun ölkə mətbuatına verdiyi açıqlamasında Azərbaycanda futbolçu transferlərindən ən çox qazanc götürən məşqçilərin siyahısında Mircavadovun adını birinci çəkməsinə münasibət bildirərkən bu sözləri söyləyib. Mircavadov Məmmədovu nağıl danışmaqda ittiham edib: “Onun söylədikləri cəfəngiyatdır. Görünür, Yunis Məmmədov məni başqa məşqçilərlə səhv salıb. Məsləhət görərdim ki, bir də belə səhv etməsin. Mən futbolçunun oyunu ilə maraqlanmışam, transfer qiymətinə qarışmamışam. “Neftçi”də bu işi Ramin Musayev, “Xəzər-Lənkəran”da isə Mais Mənsimovla Tuyqun Nadirov görürdü”.  Məmmədovun “Məncə, Ağasəlim Mircavadovun “Xəzər-Lənkəran”dakı gəliri 1 milyon dollardan az olmazdı” fikrinə isə Mircavadovun reaksiyası daha sərt oldu: “Ay balam, belə insanlar hardan gəlir futbola? Gör, Azərbaycan futbolu nə günə qalıb ki, belə çirkin danışıqların şahidi oluruq. Gülməlidir, sadəcə deməyə söz tapmıram".

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın