Azər Məmmədov “Qarabağ”la yollarını ayırmayıb

Azər Məmmədov “Qarabağ”la yollarını ayırmayıb
XƏBƏR 12 İyun 2009 / 14:00 2378
-  A +

Legionerlərin ardından “Qarabağ” daha bir futbolçu ilə, amma bu dəfə yerli oyunçu ilə yollarını ayırdığı barədə məlumat yayılıb. Söhbət Ağdam klubunun 33 yaşlı müdafiəçisi Azər Məmmədovdan gedir. Lakin Azərin “Qarabağ”dan getməsi hələ dəqiqləşməyib. Bu haqda Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib: “Qarabağ” klubu hələ heç bir futbolçu ilə yollarını ayırmayıb. Klub rəbərliyi futbolçularla danışıqlara gələn həftədən etibarən başlayacaq. Buna görə də kimin komandanı tərk edib, kimin isə qalacağı hələ məlum deyil”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı