Araz Nəsirov: "Ponomaryovun işinə qarışmayacağıq"

XƏBƏR 5 Dekabr 2008 / 18:35 3267
-  A +

"Yeni baş məşqçi İqor Ponomaryovun komandamıza uğur qazandıracağına inamımız böyükdür". Qol.Az saytına açıqlamasında "Xəzər-Lənkəran"ın vitse-prezidenti Araz Nəsirov belə deyib. Klub rəsmisi bildirib ki, komandası çempion olmasa, faciə sayılmayacaq: "Əlbəttə, əsas məqsəd çempion olmaqdır. Bilirsiniz ki, "Xəzər-Lənkəran" ölkə çempionu olmaqla yanaşı, kuboku da qazanıb. Ancaq birinci yeri tutmaq istəyimiz baş tutmasa, qitəmiqyaslı yarışa vəsiqə qazana bilsək, komandanın nəticəsi qənaətbəxş sayılacaq. Ponomaryovu gətirərkən təkcə Azərbaycanda deyil, Avropada uğur qazanmağı düşünmüşük. İnanıram ki, arzumuza çatacağıq".

Vitse-prezident hansı futbolçuların göndərilməsi və transfer məsələsinin baş məşqçinin səlahiyyətində olduğunu vurğulayıb: "Bu, baş məşqçinin işidir və buna qarışmırıq. O, məsləhət bilsə, yeni oyunçular transfer ediləcək".

 


Son xəbərlər