David Vilya Azərbaycanla oyun haqqında danışdı

David Vilya Azərbaycanla oyun haqqında danışdı
XƏBƏR 12 İyun 2009 / 13:02 2214
-  A +

İyunun 9-da Bakıda millimizlə keçirilən yoldaşlıq görüşündə het-trik etməklə komandamızın böyükhesablı məğlubiyyətində xüsusi rolu oynayan İspaniya millisinin hücumçusu  David Vilya matç və qarşıdakı Konfederasiyalar Kuboku ilə bağlı İspaniya mətbuatına açıqlama verib. Qol.Az-ın məlumatına görə, bu məlumatı ispan mətbuatına istinadən Bolqarıstanın Gol.bg saytı yayıb. Bu yaxınlarda 37 milyon avro qarşılığında “Valensiya”dan Madrid “Real”ına keçən ulduz futbolçu ölkəmizdən xoş əhval-ruhiyə ilə ayrıldıqlarını deyib: “Konfederasiyalar kuboku öncəsi Azərbaycanla matç yerinə düşdü. Bu cür qələbə əhval-ruhiyyəmizi lap da qaldırdı. İnanıram ki, uğurun davamını Cənubi Afrika Respublikasında da gətirə biləcəyik. 11 dəqiqəyə 3 qol vurmağıma gəlincə, bu, mənim missiyam idi və hücumçu olaraq onu yerinə yetirməli idi. Analoji uğuru Konfederasiyalar Kubokunda da təkrarlamaq əsas məqsədimdir”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı