“Simurq”un prezidenti Gürcüstana yollandı

“Simurq”un prezidenti Gürcüstana yollandı
XƏBƏR 12 İyun 2009 / 12:03 2046
-  A +

“Simurq” klubunun prezidenti Zaur Məmmədov bu gün səhər saatlarında Gürcüstana yollanıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Tbilisidə bir neçə gün keçirəcək prezident komandanın bu gün və iyunun 15-də keçirəcəyi yoxlama görüşlərini canlı izləyəcək və baş məşqçi Roman Pokora ilə birgə baxışda olan futbolçuların "Simurq"da qalıb-qalmayacağı ilə bağlı qərar verəcək. Müqavilə müddətinin uzadılması nəzərdə tutulan bəzi futbolçularla da müqavilənin məhz Tbilisidə imzalanacağı istisna deyil.


Son xəbərlər