“Olimpik” daha iki futbolçusunu itirdi

XƏBƏR 11 İyun 2009 / 20:35 1948
-  A +

“Olimpik”də “yarpam tökümü” davam edir. Qol.Az-ın məlumatına görə, “təyyarəçilər” daha iki futbolçu ilə yollarını ayırıb. Söhbət gürcüstanlı Marian Çoruzi və serb Draqan Mandiçdən gedir. Hər iki futbolçunun “Olimpik”lə müqaviləsi başa çatıb. Komandanın maddi durumu ürəkaçan olmadığından, Çoruzi ilə Mandiçin heyətdə saxlanması məqsədəuyğun hesab olunmayıb.
Xatırladaq ki, Mandiç ölkəmizə iki il əvvəl gəldiyi halda, Çoruzi yalnız son mövsüm öncəsi “Olimpik”ə transfer olunmuşdu

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı