Millimizin üzvü Rusiya klubundan uzaqlaşdırıldı

XƏBƏR 11 İyun 2009 / 18:28 2116
-  A +

Futzal üzrə milli komandamızın üzvü Vitali Borisov çıxış etdiyi Rusiyanın “Dina” klubundan kənarlaşdırılıb. Qol.Az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, bu gün “Dina”nın ofisində klubun idarə heyətinin iclası keçirilib. Komandanın son mövsümdəki çıxışı uğursuz hesab olunub. Bu səbəbdən də heyətdə islahatlar aparılması haqda qərar qəbul olunub. Vitali Borisovun “Dina” ilə müqaviləsi olsa da, qarşılıqlı razılaşma əsasında sözləşmə ləğv olunub. Həmyerlimizdən başqa daha bir neçə oyunçu “Dina”nın heyətindən kənarlaşdırılıb. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın