Rusiya mətbuatı: “Azərbaycan millisi futbolun yaradıcılarına qalib gəldi”

XƏBƏR 11 İyun 2009 / 17:39 2194
-  A +

Bu gün çimərlik futbol üzrə milli komandamızın İspaniyada keçirilən dünya kubokunun seçmə mərhələsinin 1/8 final oyunu çərçivəsində İngiltərəni məğlub etməsi Rusiya mətbuatının da diqqətini cəlb edib. Qol.Az-ın məlumatına görə, bu ölkənin nüfuzlu qəzetlərindən “Sport-Ekspress”in internet saytında bu haqda yazı hazırlanıb. Yazıda ancaq oyunun statistik göstəricilərinə yer verilsə də, başlıq diqqət çəkir: “Azərbaycan millisi futbolun yaradıcılarına qalib gəldi”. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı