Admir Teli: “Albaniyada hamı “Qarabağ”ı tanıyır”

Admir Teli: “Albaniyada hamı “Qarabağ”ı tanıyır”
XƏBƏR 11 İyun 2009 / 17:08 2053
-  A +

“Qarabağ”la kubok oyunundan sonra dərhal millinin düşərgəsinə yollandım. Təbii ki, hər kəs məndən arxada qalan mövsümdə nə etdiyimlə maraqlandı. Kuboku qazanmağıma görə təbrik etdilər”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın rəsmi internet saytına verdiyi açıqlamada Ağdam klubunun və Albaniya millisinin futbolçusu Admir Teli deyib. Albaniyalı futbolçu bildirib ki, vətənində Azərbaycan çoxları üçün “sirli qutu”dur: “Düzdü, Azərbaycan əksəriyyəti üçün sirli qutudur. Amma, mən onlara Azərbaycanın inkişaf etdiyini, infrastruktur problemi olsa da, bir neçə ildən sonra belə davam edərsə, Avropanın ortabablarından birinə çevriləcəyini bildirdim. Bir də onu qeyd edə bilərəm ki, hamı orda “Qarabağ”ı tanıyır”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı