"Xəzər-Lənkəran"ın baş məşqçisi İqor Ponomaryovun Qol.Az-a eksklüziv müsahibəsi
- Azərbaycan üçün darıxmısınız?
- Əlbəttə, çox. Azərbaycan mənim vətənimdir və çox şadam ki, yenidən burada çalışacağam. Mənə etimad göstərdiyinə görə, "Xəzər-Lənkəran"ın rəhbərliyinə təşəkkürümü bildirirəm.
- Foqtsun dövründə milli komandamızın son oyunlarını izləmisiniz?
- Xeyr.
- Ümumiyyətlə, yığmamız haqda hansısa məlumata malik deyilsiniz?
- Bilirəm ki, Azərbaycan millisini Foqts çalışdırır. O, tanınmış futbolçu olub, Almaniya yığmasının heyətində dünya çempionu adını qazanıb. Uzun müddət məşqçilik edən Foqts ölkəsinin millisinə Avropa çempionu titulunu qazandırıb. Onun Şotlandiya və Nigeriya yığmalarını çalışdırmasından xəbərdaram. Bir sözlə, çox təcrübəlidir.
- Millinin gələcəyi haqda nə düşünürsünüz?
- İndidən gələcək haqda necə danışmaq olar?
- Yığmamız dünya çempionatının seçmə mərhələsində cəmi 1 xal qazanıb.
- Düzünü deyim ki, bunu bilmirdim.
- Sizcə, bu, çox az deyilmi?
- Razıyam, milli komanda az xal toplayıb. Ancaq çox istərdim ki, məlum göstərici böyük olsun. Yığmada çox sayda gənc futbolçuların olduğunu görürəm.
- Lixtenştyeni də uda bilmədik...
- Futbolda belə hallar olur. Lixtenşteyn də komandadır və bu kollektiv də qələbə, xal qazanmaq üçün mübarizə aparır. Yadınızdadırmı, Moldova ilə Bakıdakı oyunda iki hissədə rəqibin qapısı qarşısında "otursaq" da qol vura bilmədik.
Azərbaycanın qrupunda güclü komandalar da yarışır ki, onlara qarşı mübarizə aparmaq asan məsələ deyil. Bununla belə əzmkar, yaxşı oyun göstərməyə səylə çalışmaq lazımdır.
- Necə fikirləşirsiniz, ölkənin bir nömrəli komandasının zəif nəticə göstərməsi futbolumuzun gələcəyilə bağlı bədbin fikrə düşməyə əsas verirmi?
- Mən yenə də deyirəm, çox istərdim ki, hər şey yaxşı olsun, komandamız yaxşı oynasın.
- "Xəzər-Lənkəran"da yeni oyunçular gətiriləcək?
- Hər şey ola bilər. İlk növbədə komanda ilə tanış olacağam, oyunlarının videoyazılarına baxacam. Məhz bundan sonra qəti fikir söyləmək olar. Yalnız onu deyə bilərəm ki, Ağasəlim Mircavadovun çalışdığı dövrdə komanda yaxşı təsir bağışlayırdı.
- Oğlunuz Anatoli komandaya gətirilə bilərmi?
- Bu haqda nəsə demək olmaz.
Anar CƏFƏRSOY
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu