"Qarabağ” və “Bakı”nın keçmiş futbolçuları “Olimpik”də

"Qarabağ” və “Bakı”nın keçmiş futbolçuları “Olimpik”də
XƏBƏR 11 İyun 2009 / 16:28 2026
-  A +

Bir neçə aparıcı üzvünü itirən “Olimpik” transfer çalışmalarını davam etdirir. Qol.Az-ın məlumatına görə, “təyyarəçilər” daha 3 futbolçu ilə rəsmi müqavilə imzalayıb. Tərlan Xəlilov, Viktor İbekoyi və Vasif Haqverdiyev növbəti mövsümdə “Olimpik”in şərəfini qoruyacaqlar.
Xatırladaq ki, Xəlilovu “Olimpik” hələ 3 il əvvəl heyətinə qatmaq istəyirdi. Lakin həmin vaxt Xəlilov “Bakı”ya üstünlük vermişdi. Son mövsümü isə Tərlan “Muğan”da keçirib.
Vasif Haqverdiyev son mövsüm bir o qədər də uğurlu çıxış etməsə də, təcrübəli müdafiəçi “Qarabağ”dakı çıxışlarıyla tanınıb.
İbekoyi isə ikinci dövrədə “Turan”ın heyətində uğurlu çıxış etməsinə baxmayaraq, müqavilə ilə məxsus olduğu “Qarabağ” hücumçudan yenidən imtina etdi. Nəticədə İbekoyi bu dəfə “Olimpik”ə üz tutdu.

 

Daha çox


Son xəbərlər