Braziliyalı və gürcü futbolçular “Bakı”ya baxışa gəldilər

XƏBƏR 11 İyun 2009 / 14:11 1990
-  A +

Son çempion “Bakı” bu gün yeni mövsümün hazırlıqlarına start verəcək. Bu haqda Qol.Az-a “Bakı”nın mətbuat xidmətinin rəhbəri Ruslan Əlişzadə məlumat verib: “Bu gün saat 5-də komandamız “Ədliyyə” stadionunda yeni mövsümün hazırlıqlarına start verəcək. Bakıdakı məşqlər təxminən ayın 23-dək davam edəcək. Məhz həmin tarixdə komandamızın təlim-məşq toplanışı keçmək üçün Sloveniyaya üz tutacağı gözlənilir”.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, komandanın düşərgəsinə menecerlərin təklif etdiyi 3 futbolçu baxışa gəlib: “Bir braziliyalı və iki gürcü futbolçu artıq Bakıdadırlar. Onların bu gün komanda ilə birgə məşqə çıxacağı gözlənilir. Həmin futbolçuları bizə menecerlər təklif edib. Oyunçular haqda geniş məlumatım yoxdur. Yalnız onu deyə bilərəm ki, gürcülərdən biri pleymeykerdir”.

Klub rəsmisi komandanın hansı mövqelərə futbolçu axtardığını da açıqladı: “Baş məşqçi Coko Haciyevskinin istəyinə əsasən 5-6 futbolçu komandaya cəlb olunacaq. Əsas diqqəti pleymeyker və müdafiəçilərə yönəltmişik. Eyni zamanda cinah yarımmüdafiəçilərinə də ehtiyac var. Lazım gəlsə, komandaya hücumçu da dəvət oluna bilər”.
     


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı