“Bakı”nın keçmiş məşqçisi komandaya qayıdır

“Bakı”nın keçmiş məşqçisi komandaya qayıdır
ÖLKƏ FUTBOLU 11 İyun 2009 / 13:43 2352
-  A +

Milli komandamızın və “Bakı”nın keçmiş məşqçisi Çudomir Çakarov yenidən Azərbaycanda çalışacaq. Qol.Az-ın məlumatına görə, bolqarıstanlı mütəxəssis yenidən “Bakı”da futbolçuların fiziki hazırlığına diqqət yetirəcək. Xatırladaq ki, Haciyevski ölkəmizə gəldiyi ilk gündən etibarən Çudomiri də “Bakı”ya gətirmişdi. Çakarov həm milli komandada, həm də millidə Haciyevskinin köməkçisi idi. Lakin ötən mövsümün startından öncə şəxsi problemlərinə görə, Çakarov “Bakı”dan ayrılıb, köhnə iş yerinə qayıtdı. Son mövsümü vətənində - “Vixren”də keçirən Çakarov artıq bütün problemlərini həll etdiyindən yenidən Bakıya qayıdacaq. Bolqarıstanlı məşqçinin iyunun 15-də paytaxtımıza gələcəyi gözlənilir. 

Daha çox


Son xəbərlər