"İnter"in futbolçularına pul mükafatı verildi

XƏBƏR 11 İyun 2009 / 10:58 2326
-  A +

"Şəfa" İdman və Sağlamlıq Kompleksinin ərazisində yerləşən "İnter" kafesində bu ilin 29 may-2 iyun tarixlərində Fransanın Lill şəhərində futbol üzrə beynəlxalq turnirin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. "İnter"PİK-in prezidenti Georgi Nikolov beynəlxalq yarışda Avropa komandalarını məğlub edərək, 1-ci yerə çıxmasını yüksək qiymətləndirib və yeniyetmə futbolçulara yeni-yeni qələbələr arzulayıb.

Azərbaycan Beynəlxalq Bankın nümayəndəsi Rauf Məmmədov da komandanın Fransadan çempion kimi qayıtmasını alqışlayaraq, yeniyetmə futbolçuları yüksək nəticə əldə olunması münasibətilə təbrik edib. Komandanın baş məşqçisi Arif Əmirxanov diqqət və qayğıya görə komanda adından sponsorlara və klub rəhbərliyinə minnətdarlığını bildirib.

Qısa çıxışlardan sonra komanda üzvlərinə pul mükafatları təqdim olunub. Mükafatlandırma mərasimində "İnter" futbol komandasının direktoru Rüstəm Abdullayev, komandanın məşqçiləri Elxan Abdullayev və Camaləddin Əliyev də iştirak ediblər.
 


Son xəbərlər