Hüseyn Məhəmmədov klubunu dəyişməyəcək

XƏBƏR 10 İyun 2009 / 22:25 1685
-  A +

Son mövsümü “Standard”da keçirən Hüseyn Məhəmmədov böyük ehtimalla daha 1 il bu klubun şərəfini qoruyacaq. Bunu Qol.Az-a təcrübəli qapıçı özü deyib. Məhəmmədov bunun rəsmiləşmədiyini bildirsə də, böyük ehtimalla “Standard” da qalacağını söyləyib: “Hazırda rəhbərlik baş məşqçi məsələsinin həlli ilə məşğuldur. Bundan sonra heyət də müəyyənləşəcək. Hələ ki, rəhbərlik tərəfindən heç kim mənə zəng edib getmə ehtimalımın olduğunu deməyib. Əgər deməyiblərsə, demək kluba lazımam. Mən elə düşünürəm ki, növbəti mövsümü də qalıb “Standard”ın uğurları üçün çalışacağam. Özü də klub haqqında gəzən bəzi söz-söhbətlərin də əsası yoxdur. Klub növbəti mövsüm iddialı olacaq və hər kəs komandamızın gücünü görəcək”. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı