«Qarabağ» ciddi islahatlara başladı

ÖLKƏ FUTBOLU 10 İyun 2009 / 18:02 2610
-  A +

Bu il ölkəmizi Avropa liqasında təmsim edəcək Azərbaycan kubokunun sahibi Ağdamın «Qarabağ» komandası ciddi islahatlara başlayıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə, «Qarabağ» albaniyalı Admir Telidən başqa müqaviləsi başa çatan bütün legioner futbolçuları- Artim Şakiri, Sedat Sahini, Nidal Fərhadoviç və Zəkəriyyə Ramadani yollarını ayırıb. Yaxın vaxtlarda Admir Teliylə müqavilənin müddətinin uzadılacağı gözlənilir. N.İbrahimov «Qarabağ»ın legioner futbolçularla yollarını ayırmaqlarını onların yaşlarının çoxluğuyla ələqaləndirib.
O, yaxın vaxtlarda komandaya 2-4 yeni futbolçunun transfer ediləcəyini söyləyib. Onların arasında həm əcnəbi, həm də legionerlər olacaq. «Qarabağ»a yeni dəvət edilən futbolçular komandanın iyulun 23-dən iyulun 9-dək Türkiyədə keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.
.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"