Azərbaycan millisinin hücumçusu “Qarabağ”da oynamaq istəmir

XƏBƏR 10 İyun 2009 / 17:20 2109
-  A +

Azərbaycan millisinin hücumçusu Vüqar Nadirovun «Qarabağ»a transferi həftəsonu reallaşa bilər. Bunu Qol.Az-a açıqlamasında Ağdam klubunun mətbuat xitmətinin rəhbəri Nurlan İbrahimov deyib: “Yəqin ki, həm Vüqarın, həm də transferi gündəmdə olan digər futbolçuların da taleyinə bu həftə sonu aydınlıq gələcək. İnşallah, transfer etmək istədiyimiz bütün futbolçuların keçidini rəsmləşdirəcəyik”.
Maraqlıdır ki, Vüqar Nadirov özü «Qarabağ»la tam razılığa gəlmədiyini söyləyib: «Ortada transfer söhbəti yoxdur. Elə belə şifahi söhbətimiz olub, o qədər. Sözün açığı, mən xaricdə oynamaq istəyirəm və hazırda əsas məqsədim budur. Təklif olan kimi Azərbaycanı tərk edəcəyəm”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın