“Qarabağ”ı püşkatmada “Bakı”nın nümayəndəsi təmsil edəcək

XƏBƏR 10 İyun 2009 / 15:58 1920
-  A +

Növbəti həftənin çərşənbə axşamı hazırlıqlarına start verəcək Ağdamın “Qarabağ” klubu iyunun 23-ə kimi məşqlərini paytaxtda davam etdirəcək. Həmin gün isə Qurban Qurbanovun yetirmələri Türkiyənin Ankara şəhərinin Patalya bölgəsinə yola düşəcəklər. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, ağdamlıların iyulun 9-a kimi qonşu ölkədə qalacaqları proqnozlaşdırılır. Əgər Avropa Liqasının iyunun 22-də keçiriləcək püşkatmasından sonra “Qarabağ”ın ilk oyununu səfərdə keçirəcəyi məlum olsa, o zaman “Qarabağ” hazırlığını elə Türkiyədə davam edirib səfərə də oradan yollanacaq. Yox, əgər püşkə əsasən Ağdam klubu ilk oyununu evdə keçirərsə, onda “Qarabağ” iyulun 9-da vətənə qayıdacaq. Bir məlumatı da diqqətinizə çatdıraq ki,Avropa Liqasının İsveçrədə keçiriləcək püşkatma mərasimində  “Qarabağ”ı “Bakı”nın baş meneceri Zeynal Məmmədov təmsil edəcək

 


Son xəbərlər