UEFA Rəşad Sadıqovla Daniel Axtyamovu fərqləndirdi

XƏBƏR 10 İyun 2009 / 15:19 2111
-  A +

Azərbaycan - İspaniya matçı UEFA-nın da diqqətindən kənar qalmayıb. Qol.Az-ın məlumatına görə, ali futbol qurumunun rəsmi internet saytı qarşılaşmaya geniş yer ayırıb. Yazı bir şərh xarakteri daşıyıb. Oyun daha çox reportaj şəklində Avropa oxucularına çatdırılıb. Yazıda millimizin ilk yarım saatı pis keçirmədiyi qeyd olunub. Amma o da qeyd edilib ki, David Vilyanın ilk hissədəki het-triki millimizin məğlubiyyətinin əsasını qoyub. 0:6 hesablı məğlubiyyətə baxmayaraq, UEFA-dan olan həmkarlarımız millimizin heyətində də yaxşı mənada fərqləndirməyə futbolçu tapıblar. Onlar Rəşad Sadıovla Daniel Axtyamovun yaxşı təsir bağışladığını və öz mübarizlikləri ilə seçildiklərini vurğulayıblar. Elə Axtyamovla Sadıqovun hesab 0:0 olarkən uzaq məsafədən yerinə yetirdikləri təhlükəli cərimə zərbələri də avropalıların diqqətindən qaçmayıb.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı