Georgi Nikolov Xodukinin postundan gedişinin səbəblərini gizli saxlayır

XƏBƏR 10 İyun 2009 / 14:24 2141
-  A +

“İnter”in prezidenti Georgi Nikolov komandanın ukraynalı baş məşqçisi Valentin Xodukinin istefaya göndərilməsinin səbəblərini açıqlamaqdan boyun qaçırıb. Qol.Az-a verdiyi açıqlamasında bolqarıstanlı prezident qısaca aşağıdakı fikirləri səsləndirib: “İdarə heyətinin birgə iclası keçirildi və mən orada klub prezidenti kimi mövsümün yekunları ilə bağlı ətraflı məruzə elədim. Yekunda isə belə qərara alındı ki, baş məşqçi postuna gürcüstanlı mütəxəssis Kaxaber Sxadadze gətirilsin. Xodukin isə klubdan ayrılmayacaq və idman lahiyələri üzrə menecer vəzifəsini yerinə yetirəcək”. Klubun mətbuat xidmətindən isə onu öyrəndik ki, Sxadadze hazırda Gürcüstandadır və yaxın günlərdə Azərbaycana gələcək. Gürcüstanlı mütəxəssislə 1 illik müqavilə bağlanacağı gözlənilir.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi